Ötən yay Missuri ştatının Ferqyuson şəhərində 18 yaşlı silahsız afrikoamerikalı Maykl Braunu qətlə yetirən polis əməkdaşı Darren Uilson evdən qaçaraq gizlənməyə məcbur olub.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, buna səbəb onun fiziki cəhətdən məhv ediləcəyi təhlükəsidir.
Bu barədə noyabrın 27-də Darren Ulsonun vəkili Nil Brantreyqer CNN televiziyasına müsahibəsində bildirib.
Vəkilin sözlərinə görə, tragik insidentdən bir neçə gün sonra Uilsona internetdə aktiv şəkildə onun yaşadığı ünvanın axtarışına başlanıldığı barədə xəbər verilib: "Bundan üç saat sonra o, öz əşyalarını bir neçə çantaya yığaraq qaçdı".
Nihad