20 May 2022 23:12
3 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın 17 muxtar bölgəsindən biri olan ölkənin cənub-qərbində yerləşən Ekstremadurada qondarma erməni soyqırımı ilə bağlı yerli parlamentə təqdim edilən təklif rədd edilib.

Teleqraf.com xəbər verir ki, parlamentdə solçu Podemos partiyasının təqdim etdiyi 1915-ci il hadisələri ilə bağlı “erməni iddiaları”nı müdafiə edən təklif səsə qoyulub.

Yalnız bir Podemos nümayəndəsinin lehinə səs verdiyi təklif çoxluq tərəfindən rədd edilib.

Türkiyənin Madriddəki səfiri Burak Akçaparın məsələyə münasibəti belə olub: “Tarixi tarixçilər yazmalıdır. Məntiqli bir qərardır”.

İspaniya parlamenti müxtəlif dövrlərdə (2010, 2012, 2015 və 2018-ci illərdə) erməni lobbisinin təzyiqi ilə müzakirəyə çıxarılan 1915-ci il hadisələri ilə bağlı bütün təklifləri rədd edib.

İspaniyanın 17 muxtar bölgələrindən yalnız Bask, Kataloniya, Navarra, Araqon, Rioja və Balear qondarma erməni soyqırımını tanıyıb, digərləri isə müzakirəyə çıxarılmadan ya rədd edib, ya da geri götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu