23 May 2022 16:05
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ondan neft-qaz alaraq hər gün Rusiyaya bir milyard avro göndərməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ayı başa çatmaq üzrədir. Avropa neft və qaz almaq üçün Moskvaya gündə 1 milyard avro göndərməkdə davam edir. Rusiya da hər gün uşaqları öldürürür, qadınları zorlayır, şəhərləri dağıdır. Ukraynalılar isə Avropa sərhədlərini müdafiə etməyə davam edir, bundan özünüz nəticə çıxarın”, - Podolyak vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər