Liviya Xarici İşlər nazirliyinin nümayəndəsi İordaniyanın ölkədəki səfiri Favaz al – Aytanın qaçırılması məlumatını təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, çərşənbə axşamı səhər saatlarında əlisilahlı, maskalı şəxslər diplomatın avtomobilinə hücum edərək sürücünü güllələyib, səfiri naməlum istiqamətdə aparıb.
Sürücünün yaralanmasına baxmayaraq, sağ qaldığı bildirilir. Səfiri müşayiət edən digər şəxslər barədə məlumat verilmir.