İtaliya və Macarıstan Avropa İttifaqını Ukraynada atəşkəs və Rusiya ilə sülh danışıqlarına dair aydın öhdəlik götürməyə çağırıb. Bu isə növbəti sammit ərəfəsində Moskvaya qarşı sərt mövqe nümayiş etdirən digər üzv dövlətlərlə ziddiyyət təşkil edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Məqalədə qeyd olunub ki, Aİ-nin mayın 19-da keçirilən sammitinin yekun bəyanatında Brüsselin Rusiya təcavüzünə qarşı Ukraynaya özünümüdafiə hüququnu həyata keçirməkdə kömək etmək öhdəliyinə sadiq olduğu bildirilib. Bəyanatda sülh danışıqlarından bəhs edilməyib.
Mayın 20-də Aİ nümayəndələrinin görüşündə İtaliya tərəfi mətnin dəyişdirilməsini, bunun sülh danışıqlarına aid edilməli olduğunu və təcili atəşkəsin ittifaqın əsas məqsədlərindən birinə çevrilməsini təklif edib. Təklif Avropa İttifaqının uzun müddətdir Rusiya məsələsi ilə bağlı daxili fikir ayrılıqları səbəbindən bloklanan yeni sanksiyalar paketini ən çox tənqid edən ölkələr sırasında olan Macarıstan və Cənubi Kipr tərəfindən dəstəklənib.
Macarıstan planlaşdırılan neft embarqosuna qarşıdır, Cənubi Kipr isə Rusiya vətəndaşlarına daşınmaz əmlak satışına təklif edilən qadağadan narahatdır.