Rusiyanın Ukraynada hava-desant qoşunlarından sui-istifadə etməsi Vladimir Putinin son 15 ildə silahlı qüvvələrə nə qədər böyük sərmayə qoyduğunu göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi məlumat yayıb.
“Ukraynanın müqavimətini qabaqcadan görə bilməmək və rus komandanlarının narsizmi Rusiyanın elit qüvvələrində böyük itkilərlə nəticələndi. Rusiyanın Ukraynadakı uğursuzluğunda əsas pay onun hava-desant qüvvələrinə düşür”, - məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, bura mart ayında Qostomel aerodromundan Kiyevə hücum cəhdi, aprel ayında İzyum yaxınlığında Rusiyanın nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması və bu yaxınlarda Severski Donetsk çayını uğursuz cəhdlə keçmək daxildir.
Məlumata görə, Rusiyanın strategiyası bu qoşunların ən mürəkkəb əməliyyatlardan birində istifadəsini nəzərdə tutur. 45 000 nəfərlik qrup əsasən peşəkar müqaviləli hərbçilərdən ibarətdir. Qrupun üzvləri elit statusa malikdir və əlavə ödəniş alırlar.
“Hava-desant qüvvələri ağır zirehli texnikalar üçün daha uyğun olan missiyalarda istifadə edilib və əməliyyatlar zamanı böyük itkilər verib. Bu, həmin qüvvələrdən doğru istifadə edilməməsini və ya sui-istifadəni göstərir”, - məlumatda qeyd edilib.