İtaliya hakimiyyəti Ukraynadakı müharibəyə görə dörd rusiyalı məmuru dövlət mükafatlarından məhrum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Corrierre Della Sera" agentliyi məlumat yayıb.
Rusiyanın baş naziri Mixail Mişustin, VTB Bankın prezidenti Andrey Kostin, sənaye nazirinin müavini Viktor Yevtuxov, ticarət və sənaye naziri Denis Manturov İtaliyanın "Böyük Xaç" ordeni ilə təltif olunmuşdular.
Bu orden İtaliyanın ən yüksək mükafatlardan sayılır. Bu ordenə xaricdə yaşayan italyanlar, eləcə də İtaliya ilə dostluq əlaqələrinin inkişafına töhfə verən xarici vətəndaşlar layiq görülürlər.
İtaliya dövlətinin bu qərarı Ukraynada müharibə başlayandan bəri Rusiya vətəndaşlarına qarşı tətbiq edilmiş ilk "medaldan məhrumetmə" qərarıdır.