28 May 2022 11:45
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda bir araya gələn ABŞ Dövlət katibi Entoni Blinken və Finlandiya Xarici işlər naziri Pekka Haavisto görüşdən sonra ölkəsi və İsveçin NATO-ya üzvlük prosesini mətbuat üçün dəyərləndiriblər.

Teleqraf.com xəbər verir ki, fin nazir bu yaxınlarda iki dəfə Türkiyəyə səfər etdiyini xatırladıb.

“Türkiyə də daxil olmaqla bütün NATO üzvlərinin narahatlığını ciddi qəbul edirik. Hazırda Türkiyə ilə açıq, birbaşa və konstruktiv dialoq çərçivəsində bu məsələləri aydınlaşdırmağa çalışırıq”, - Haavisto deyib.

Nazir İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyədə görüşlər keçirdiklərini də söyləyib:

“Türkiyə ilə danışıqlar müsbət yöndə irəliləyir, danışıqlar davam edəcək. Türkiyənin də dəstəklədiyi NATO-nun açıq qapı siyasətinə inanırıq. Düşünürük ki, müvafiq problemlər həll edilə bilər”.

Haavisto əlavə edib ki, iyunda Madriddə keçiriləcək NATO sammitinə qədər Türkiyə ilə danışıqlarda irəliləyiş əldə etmək onlar üçün vacib olacaq.

Blinken də Türkiyə, Finlandiya və İsveç arasında danışıqların aktiv və konstruktiv şəkildə davam etdiyini, ABŞ-ın Ankara ilə təmasda prosesi yaxından izlədiyini bildirib.

Dövlət katibi Nyu-Yorkda Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüyünü və bu təmasda məsələlərin hərtərəfli müzakirə edildiyini və prosesin sonunda hər iki ölkənin NATO-ya üzv olacağına inandıqlarını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər