ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski planetdə aclıq yaradan siyasətçilər kimi tarixə düşə bilərlər.
Teleqraf.сom xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Bayden və Zelenski Ukraynada baş verənlərin nəticələrini başa düşməlidirlər”, - deyə o, “Teleqram”da yazıb.
Volodin xatırladıb ki, Vaşinqton və Brüsseldən gələn bəyanatlar yeni məhsullara yer açmaq üçün taxıl anbarlarının boşaldılması təklifləri ilə çoxalır.
“Bu gün Ukraynada vəziyyət sadə deyil, onun bir çox vilayətlərində yaz-tarla işləri tam həcmdə yerinə yetirilməyib. Bu, ərzaq qıtlığına səbəb ola bilər”, - Dövlət Dumasının spikeri qeyd edib.
Onun sözlərinə görə, taxıl ixracı heç bir halda olmaz, çünki bundan ukraynalılar özləri əziyyət çəkəcəklər.
“Əvvəlcə anlamaq lazımdır ki, payızlıq taxıl biçini başa çatdıqdan sonra ölkədə ərzaqla bağlı hansı balans formalaşacaq”, - o bildirib.
Volodin, həmçinin Rusiyaya gübrələrin tədarükünü qadağan edən sanksiyaların nəticələri barədə xəbərdarlıq edib.
“Bayden və Zelenski öz məqsədlərinə çatacaqlar – onlar planetdə aclıq yaradan prezidentlər kimi tarixə düşəcəklər”, - Volodin yekunlaşdırıb.