30 May 2022 13:18
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna parlamentinin deputatı, beşinci prezident Petro Poroşenko üçüncü cəhddə Polşaya keçə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Poroşenko və onun ətrafına ölkəni tərk etməyə icazə verilib.

Bundan əvvəl Ukraynanın beşinci prezidenti hazırkı dövlət başçısı Vladimir Zelenskiyə müraciət edib.

Poroşenkonun sözlərinə görə, o, Avropa Xalq Partiyasının konqresi və sammitinə getmək istəyir, bununla bağlı rəsmi dəvəti də var.

Poroşenkonun ölkəni tərk etmək üçün əvvəlki iki cəhdinin qarşısı alınıb. O, bunu “qanunsuz” adlandırıb. Bu dəfəki müraciətində isə Ukraynadan gedə biləcəyinə ümid etdiyini demişdi.

Petro Poroşenko mayın 27-də Vilnüsə işgüzar səfər adıyla Ukraynadan çıxmaq istəyib. Amma sərhədçilər buna imkan verməyiblər. Ertəsi gün Poroşenkoya ikinci dəfə dövlət sərhədini keçməyə icazə verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər