Kiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna liderləri – Vladimir Putin və Vladimir Zelenskinin Ankaranın vasitəçiliyi ilə görüşünü təşkil etmək təklifinə ilkin razılıq verib.
Teleqraf.com xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Sergey Nikiforov Ərdoğanın irəli sürdüyü təkliflə bağlı sualı cavablandırıb.
O bildirib ki, Putin qəbul edərsə, Ukrayna belə bir danışıqlar formatını müzakirə etməyə hazırdır:
“Bu söhbət Türkiyə və Rusiya arasında olub. Ukraynanın mövqeyinə gəlincə, Rusiya prezidenti belə bir təklifə razılıq versə, bunu nəzərə alacağıq”.