31 May 2022 13:33
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də Ankaraya səfəri gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə səfər edəcək”, - deyə M.Çavuşoğlu deyib.

Tərəflər Qara dənizdə təhlükəsizlik dəhlizinin açılmasını, həmçinin taxılla dolu gəmilərin daşınması məsələsini müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər