31 May 2022 17:43
2 635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

Ukraynalı astroloq Vlad Ross iyun ayı üçün Ukrayna ilə bağlı proqnozunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, astroloq müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Ross qeyd edib ki, iyunda döyüşlər davam etsə də, bütün bürclər üçün az-çox sakit ay olacaq. O əlavə edib ki, bu ayda müharibə statik fazaya keçəcək.

“Heç kim heç kimin ərazisini əlindən almayacaq. Amma daha çox raket uçacaq. Əsas odur ki, bu, bombardmana çevrilməsin”, - astroloq deyib.

Ross əlavə edib ki, Ukraynada ən şiddətli döyüşlər iyunun 13-dən 16-dək və 27-dən 29-a kimi baş verə bilər. Onun sözlərinə görə, bu zaman Rusiya və Ukrayna arasında düşmənçilik daha da güclənəcək.

Xatırladaq ki, Ross bundan əvvəl Rusiyanın 2024-2025-ci illərdə parçalanacağını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər