1 Dekabr 2014 17:28
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bəyoğlu bölgəsində Qafqaz mənşəli bir qrup uşaq Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gəlişinə etiraz edib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Qalatasaray liseyinin önündə toplaşan İnsani Müdafiə və Qardaşlıq Dərnəyi (İMKANDER) mühacir məktəblərində oxuyan çeçen, tatar, dağıstanlı və krımlı təxminən 50 uşaq “İşğalçı Rusiya, Çeçenistandan rədd ol”, “Uşaq qatili Putin”, “Boyun əyməyəcəyik”, “İşğalçı Rusiya, Qafqazdan rədd ol” kimi şüarlar səsləndiriblər.

İMKANDER-in sədri Murad Muxtar jurnalistlərə verdiyi açıqlamada nümayişçilərin Qafqazdan Türkiyəyə sığınmış ailələrin uşaqları olduğunu söyləyərək, 250 min insanın ölümünə səbəb olan Rusiya-Çeçenistan müharibəsinə dünya birliyinin səssizliyinə də etiraz etdiyini vurğulayıb.

Açıqlamanın ardından nümayişçi uşaqlar Rusiyanın İstanbul Baş Konsulluğuna qədər yürüş edərək, əllərindəki plakatları səfirlik önünə qoyublar.

Samir


Müəllif:

Oxşar xəbərlər