3 İyul 2022 19:38
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynanı Rusiya ilə danışıqlar aparmağa məcbur etməyəcəyik. Bu, onların daxili işidir".

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ZDF telekanalına müsahibəsində bildirib.

Ştaynmayerin sözlərinə görə, indi hər şey döyüş meydanındakı nəticədən asılıdır.

"Ukrayna yenidən suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini bərpa etməlidir. Biz Ukrayna üçün elə bir situasiya yaratmalıyıq ki, danışıqlara başlamazdan əvvəl onu gücləndirək, onun danışıqlar aparacağı bir şey olsun", - Almaniya dövlətinin başçısı deyib.

O, Ukraynadakı vəziyyətin Almaniya üçün nəticələrinə toxunaraq vurğulayıb: "Ola bilər ki, bizi hələ çətin illər gözləyir".


Müəllif: Teleqraf.com