Misirdə “quş qripi”ndən ölənlərin sayı altı nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Misirin səhiyyə nazirliyindən bildirilib.
Ötən həftə ölkədə daha 3 nəfər H5N1 virusunun qurbanı olub. Belə ki, Minya əyalətində 40 yaşlı kişi və 29 yaşlı qadın, Beni-Suef şəhərtində isə 25 yaşlı qadın “quş qripi”ndən ölüb.