Fransanın cənubunda Şərqi Pirenlər və Var bölgəsində güclü yağan yağış selə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilir. Yerli KİV-lərin məlumatına görə, sel regionda həyatı iflic edib, bir çox ev sel sularına qərq olub, elektrik dirəklərinin aşması bölgəni işiqsız qoyub.
Təhlküəsizlik qüvvələri 5 min nəfərin evakuasiya edildiyini açıqlayıblar. 13 rayonda fövqəladə hal elan edilib.
Bölgəyə dəyən zərərin ən azı 500 milyon avro olduğu qeyd edilir.
Samir