1 Avqust 2022 17:12
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya turuna çıxan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi cədvəlində olmasa da, Tayvana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, “China Times” qəzeti Pelosinin çərşənbə günü ada ölkəsinin lideri Tsay İnq-venlə sabah axşam gedəcəyi Tayvanda görüşəcəyini iddia edib.

“CNN International”ın Taypey müxbiri bildirib ki, Pelosinin adaya səfərini Tayvan hökuməti və ABŞ rəsmiləri də təsdiqləyiblər. CNN-in xəbərində səfərin dəqiq tarixi və vaxtı verilməsə də, onun Malayziyadan adaya keçməsinin gözlənildiyi bildirilib. Pelosi hazırda Sinqapurdadır. O, Sakit Okean turunun bir hissəsi olaraq Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfər edəcək.

Pelosinin səfərinin baş tutacağı xəbərindən sonra Çinin 4 ədəd J-16 döyüş təyyarəsi Tayvanın hava məkanına daxil olub. Eyni zamanda, Pelosinin Tayvana mümkün səfərindən əvvəl Çin donanması Tayvan boğazı və Cənubi Çin dənizində təlimə başlayıb.

Çin Xalq Azadlıq Ordusu (PLA) dünən Tayvan adası yaxınlığında təlim keçirdiyini bildirib. Çin Dəniz Təhlükəsizliyi İdarəsi dünən səhər saatlarından təlimlə əlaqədar gəmilərin bölgəyə girişini qadağan edib.

Bundan əvvəl Pekindən mümkün səfərlə bağlı xəbərdarlıq edib: “Bunun çox ciddi nəticələri olacaq. Çin ordusu sakit dayanmayaq”. Çin Müdafiə Nazirliyinin sözçüsü polkovnik Tan Kefey bildirib ki, ABŞ tərəfi irəliləməkdə israr edərsə, Çin ordusu sakit durmayacaq və istənilən xarici müdaxilənin və Tayvanın müstəqilliyi üçün separatçı cəhdlərin qarşısını almaq üçün sərt tədbirlər görəcək. Bundan sonra ABŞ Prezidenti Co Baydenlə telefonla danışan Çin dövlət başçısı Si Cinpin Tayvana xarici müdaxilənin qəbul edilməyəcəyini və odla oynamağın özünü yandırmaq olacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər