2 Avqust 2022 16:33
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ali Məhkəməsi Ukraynanın “Azov” batalyonunu terror təşkilatı kimi tanıyaraq, federasiyada fəaliyyətini qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu qərarla Azov batalyonunun üzvləri Rusiyada terror təşkilatı üzvü və ya əməkdaşlıq edən şəxs kimi mühakimə oluna bilər.

Belə bir ittihamla təqsirli bilinənlər 10 ildən 20 ilədək həbs cəzası alacaqlar.

Rusiya Baş Prokurorluğu mayda “Azov” batalyonunun terror təşkilatları siyahısına daxil edilməsi üçün Ali Məhkəməyə müraciət etmişdi.

2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra Ukraynanın Mariupol şəhərində yaradılan “Azov” batalyonu daha sonra Ukrayna ordusuna daxil edilib.

Moskva “Azov” batalyonunu “radikal millətçi birlik” kimi tanıyır və onu “nasistlərlə əlaqə”də ittiham edirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər