3 Avqust 2022 09:41
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Baxmut ərazisinin yaşayış məntəqələrinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Feysbuk səhifəsində məlumat yayıb.

Baş Qərargah qeyd edir ki, Donetsk vilayətində düşmənin əsas səyləri Baxmut istiqamətində cəmləşib.

"Seversk istiqamətində düşmən Seversk, Serebryanka və Qrıhorovkada lülə və reaktiv artilleriyadan, eləcə də tanklardan atəşə tutub. Nikiforovka və Tatyanovka yaxınlığında PUA-lar tərəfindən hava kəşfiyyatı aparılıb. Baxmut istiqamətində Kodem, Semiqorye, Travneve, Vyimka, Berestovoe, Baxmutskoye və Opıtnoye yaşayış məntəqələri ərazilərində artilleriya atəşi həyata keçirib. Semiqorye və Beloqorovka yaxınlığında hava zərbələri endirilib. Düşmən bölgəyə hücuma başlayıb, amma uğursuz olub və geri çəkilib. Eyni vəziyyət Vladimirovka - Yakovlevka və Semigorye - Codema istiqamətlərində də təkrarlanlıb",- məlumatda bildirilib.

Bundan başqa, Ukrayna ordusu Vıdrojenie – Kodem və Dolomitnoe – Semigorye istiqamətində güclü atəşə tutub və işğalçıları geri çəkilməyə məcbur edib. Bu arada Avdeyev istiqamətində düşmən Avdeyevka ərazisinə hücum etsə də, itki verərək geri çəkilib.

Novopavlovsk və Zaporojye istiqamətlərində Konstantinovka, Novoselka, Velika Novoselka, Volşebnı, Malaya Tokmaçka, Novopol, Yurkovka və Qulyaipol yaxınlığında mərmi atışları qeydə alınıb.

Bu ilin may ayının sonunda Zaporojye istiqamətinə keçirilən hərbi hissənin tərkibi gücləndirilir. Texniki kəşfiyyat vasitələrinə qarşı çıxmaq üçün düşmən elektron döyüş vasitələrini yerləşdirir.


Müəllif: Nemət

Oxşar xəbərlər