Belarus xüsusi təyinatlılarının döyüş hazırlığı yoxlanılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
"Volın və Poliske istiqamətlərində Belarus Respublikası Silahlı Qüvvələrinin bölmələri Belarus-Ukrayna sərhədinin Brest və Qomel vilayətlərindəki hissəsinin mühafizəsinin gücləndirilməsi tapşırığını yerinə yetirir", - məlumatda deyilir.
Bundan əlavə, Belarus Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin bölmələrində döyüşə hazırlıq yoxlanılıb.
Daha əvvəl xəbər verildiyi kimi, Belarus Ukrayna ilə sərhəddə radioelektron döyüş kompleksləri yerləşdirir.
Belarus Müdafiə Nazirliyi hərbi təlimləri ən azı 6 avqust 2022-ci ilə qədər uzadıb.