Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin altıncı ayında G20 ölkələrinin sadəcə yarısı təcavüzkar ölkəyə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentlik iddia edir ki, dünyanın əksər hissəsi ABŞ və Avropanın Rusiya və onun Prezidenti Vladimir Putini təcrid etmək səylərini izləməyə hazır deyil.
Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən ölkələr aşağıdakılardır:
Braziliya
Çin
İndoneziya
Cənubi Afrika Respublikası
Hindistan
Türkiyə
Səudiyyə Ərəbistanı
Argentina
G20-nin iyulun 11-də keçirilən sammitində bəzi ölkələr Rusiyanı birbaşa təcavüzkar adlandırmaqdan imtina ediblər.
Avropa İttifaqının baş diplomatı Jozef Borrell görüşdən sonra verdiyi açıqlamada deyib ki, hamı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qəsd edilməsini pisləyir, amma işğalçının adının çəkilməsinə və hücuma görə kimin məsuliyyət daşıdığının göstərilməsinə gəlincə, bir çoxları müxtəlif səbəblərdən bunu etməkdən çəkinirlər.