Çində yeni təhlükəli virus yayılıb.
Teleqraf.com xəbər verir ki, alimlər ən azı 35 nəfərdə henipavirusun yeni ştamını aşkarlayıblar.
Yoluxma halları Çinin Şandunq və Henan əyalətlərində qeydə alınıb. İnfeksiyanın simptomlarına öskürək, qızdırma, yorğunluq, anoreksiya, ürəkbulanma və qusma daxildir.
Ekspertlərin fikrincə, xəstəlik Lanya Nipah virusuna bənzəyir, lakin indiyədək yoluxma halları ölümcül və ya çox ciddi olmayıb.
Sinqapur Milli Universitetinin tibb professoru Vang Linf vətəndaşları virusa qarşı diqqətli olmağa, panikaya düşməməyə səsləyib.
Qeyd olunub ki, heyvanlar aləmində bu virusa ən çox siçanlarda rast gəlinir. Xəstəliyə qarşı antikorlar keçi və itlərdə də aşkarlanıb.