9 Avqust 2022 13:20
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında Soçidə keçirilən görüşdə rublla bağlı əldə olunan razılaşması ilə əlaqəli açıqlama verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada Türkiyənin Rusiya təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini ifadə etdiyi, Prezident Ərdoğanın Kremlin addımlarını “qəbuledilməz” adlandırdığı xatırladılıb.

Türkiyəni Rusiyanın qeyri-qanuni varlıqları və ya əməliyyatları üçün etibarlı sığınacaq olmamağa çağırdıqlarını bildirən ABŞ Dövlət Departamenti qeyd edib:

“Məlumatları diqqətlə izləyirik və bu günə qədər Türkiyədə qeyri-qanuni rus pullarına dair heç bir dəlil görünmür”.

Açıqlamada vurğulanıb ki, ABŞ müttəfiqlərini Rusiyadan enerji asılılığını azaltmaq üçün enerji mənbələrini şaxələndirmək üçün addımlar atmağa təşviq etməyə davam edir.

Dövlət Departamenti uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini artırmaq səylərinə kömək etmək üçün Türkiyə ilə birlikdə çalışdıqlarını da bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər