Ukrayna Silahlı Qüvvələri ABŞ-dan alınan yeni raketlərlə 270 kilometrlik məsafədən Krımda yerləşən Saki hərbi aerodromuna zərbələr endirib. Bu barədə Ukrayna mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlarda deyilir.
Teleqraf.com Ukrayna mediasına istinadla xəbər verir ki, nəticədə aviabaza funksiyası daşıyan aerodromda güclü partlayışlar və yanğın baş verib.
Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib. Aerodromun yaxınlığındakı Novofyodorovka yaşayış məntəqəsi kurort ərazisidir. Artıq həmin ərazidəki yerli əhali və turistlərin kütləvi qaçışı müşahidə olunur. Yollarda tıxaclar yaranıb.
Qeyd olunur ki, Ukraynanın Zaporojye, Xerson və Nikolayev vilayətləri məhz həmin aviabazadan qalxan təyyarələrlə bombalanırdı.
Media yazır ki, Novofyodorovka yaşayış məntəqəsində yerləşən Saki aerodromu Rusiyanın Qara dəniz donanmasının dəniz aviasiyasına məxsusdur. Aerodromda Su-30SM, SU-24M, Su-24MP, TU-134 hərbi təyyarələri yerləşdirilmişdir.
Xatırladaq ki, Pentaqon bu günlərdə Ukraynaya 1 milyard dollar dəyərində 18-ci hərbi yardım paketi açıqlayıb. Paketə;