12 Avqust 2022 09:41
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baxmut istiqamətində Rusiya və Ukrayna qüvvələri arasında döyüşlər davam edir. Ruslar tanklardan, artilleriyadan və aviasiyadan atəş açırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar Slavyansk istiqamətində Virnopili, Boqorodiçnı, Şnurki, Kurulka, Krasnopollı, Dolina və Zalımanı atəşə tutub. Rus ordusu Zalımanıya hava hücumu həyata keçirib. Hücumda itki verən ruslar canlı qüvvə və texnika itkilərini kompensasiya etməyə çalışırlar.

Rus qoşunları Kramatorsk istiqamətində Siversk, Qriqorivka, Serebryanka və Verxnokamyansk rayonlarını lüləli və reaktiv artilleriyadan atəşə tutub. Rusların Verxnokamiansk və İvano-Daryivkaya hücumu uğurlu alınmayıb, itkilərlə geri çəkiliblər.

Baxmut istiqamətində Xorlivkaya hücuma keçən Rusiya qüvvələri Zaytsevedə qismən uğur qazanıb. Amma İvano-Daryivka, Vımka, Baxmut, Vesela Dolina və Kodema yaşayış məntəqələri istiqamətlərində hücum döyüşləri rusların xeyrinə başa çatmayıb. Geri çəkilərək yenidən qruplaşan ruslar Kodemə hücumu bərpa edib, döyüşlər davam edir.

Rus ordusu Avdeyev istiqamətində Marinka və Vodyanı yaxınlığında hava hücumlarına başlayıb. Spartak və Marinkaya hücum cəhdi uğursuzluqla sonlanıb. Piski kəndi yaxınlığında döyüşlər davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu