12 Avqust 2022 10:26
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük ehtimalla Rusiyanın 35-ci Əlahiddə Ümumqoşun Ordusunun 64-cü Motoatıcı Briqadası Kremlin qərarı ilə məhv edilib. Kiyev vilayətindəki (Buça) vəhşilikləri məhz bu briqadanın hərbçiləri törədiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

İnstitutun məlumatına görə, Rusiya Hərbi Prokurorluğuna daxil olan, “Bellingcat” və “Insider” tərəfindən yoxlanılan şikayətlər çağırışçıların aldadılması və döyüşə məcbur edilməsi hallarını təsdiqləyir. Eyni zamanda, rus hərbçilərinin ailələrindən tam məlumat əldə etmək imkanı yoxdur, hərbçilər lazımi qida və tibbi xidmətlə təmin edilmir.

Bəzi məlumatlara görə, rus komandirləri əsgərlərə texnikasız hücuma keçməyi əmr edib və onların ölümləri barədə yaxınlarına məlumat verməyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər