13 Avqust 2022 13:49
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Rusiya üzərində qələbə üçün beş addımı sadalayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında məlumat verib.

Yermakın sözlərinə görə, söhbət Rusiyanın “terroru himayə edən dövlət” kimi tanınmasından, ruslar üçün viza qadağasından, neftin qiymətinə məhdudiyyətlərdən, qaz embarqosundan və Ukraynaya müasir silahların verilməsindən gedir.

“Bu addımlar bizə Rusiyanı iqtisadiyyatını və ordusunu məhv etməklə məğlub etməyimizə kömək edəcək. Bu, həmçinin Qərbə qarşı təzyiq və şantaj imkanlarını əllərindən alacaq”, - aparat rəhbəri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu