14 Avqust 12:46
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başqırdıstanda ilanla qarşılaşan iki azyaşlı qız boğulmaq təhlükəsi ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, hadisə Salavat rayonu, Maloyaz kəndində baş verib.

12 və 13 yaşlı iki qız çayda çimərkən ilan görüblər.

Qızlar qorxaraq çayın digər tərəfinə üzüblər və geri qayıda bilməyiblər.

Kömək çağıran məktəbli qızların yardımına xilasedicilər gəlib.


Müəllif: Aysel Azad