14 Avqust 15:47
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirədə yerləşən Kopt kilsəsində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 41 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisənin baş vermə səbəbi məlum deyil. Polisin verdiyi məlumata görə, elektrik naqillərindəki qısaqapanmanın baş verməsi ehtimal olunur.

Yanğının söndürülməsi üçün hadisə yerinə 15 yanğınsöndürən maşın göndərilib, təcili yardım maşınları isə yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb.

Kilsəyə 5 min insanın toplaşdığı bildirilir.


Müəllif: Aysel Azad