Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərini atəşə tutublar.
Teleqraf.com "Unian.net"ə istinadən xəbər verir ki, nəticədə Zaporojye AES-in işçisi və onun gəzdirdiyi it ölüb.
Bu barədə şəhər meri Dmitri Orlov öz Telegram kanalında məlumat verib.
Ölən şəxs AES-in işçisi, usta Maksim Marko olub.
Daha iki Enerqodar sakini yaralanıb.
Xatırladaq ki, daha əvvəl Enerqodar rəhbərliyi vətəndaşları diqqətli olmağa və şəhərin küçələrində çox qalmamağa çağırıb.