18 Avqust 2022 10:08
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Donbasda bir çox istiqamətlərdə rus qoşunlarının hücumunu dəf ediblər.

Teleqraf.com bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusların Kramatorsk istiqamətində Mixaylovka-Vimkaya hücm cəhdi uğursuz alınıb. Ukrayna ordusunun zərbələri ilə qarşılanan rus qüvvələri geri çəkilməyə məcbur olublar.

Baxmut istiqamətində isə Vladimirivka-Soledar, Pokrovsk-Baxmut, Klinov, Semixriya- Zaytsev, Kodema və Xolmivskyə hücuma keçiblər. Amma ruslar heç bir hücum istiqamətində nəticə əldə etməyiblər və itkilərlə geri çəkiliblər.

Avdivsk istiqamətində də döyüşlər şiddətlənib. Rusiya qoşunlarının Lozov-Pervomaysk istiqamətində hücum əməliyyatı nəticəsiz başa çatıb, geri çəkilməli olub.


Müəllif: Mənsur Rəğbətoğlu