Türkiyə ordusunun bölgədə keçirdiyi əməliyyatlar Suriya üçün vacibdir.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haber Global" telekanalının efirində deyib.
Türkiyə Silahlı Qüvvələrinin Suriyada beşinci antiterror əməliyyatı keçirməsinin mümkünlüyünü şərh edən Çavuşoğlu Ankaranın Suriya da daxil olmaqla bütün region ölkələrinin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdığını vurğulayıb.
"Suriya ərazisi terrorçulardan təmizlənməlidir. Türkiyə sərhədlərinin təhlükəsizliyinə xüsusi önəm verir", - deyə M.Çavuşoğlu bildirib.