Ermənistan müxalifət təşkilatı olan Müqavimət Hərəkatı sentyabrın 2-də mitinq keçirəcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni parlamentin üzvü İşxan Saqatelyan deyib.
O, əlavə edib ki, Müqavimət Hərəkatı mübarizəni tam tərkibdə davam etdirəcək.
Saqatelyan iddia edib ki, İrəvanda keçirilən mitinqlə paralel Xankəndində və diaspora da aksiya təşkil edəcək.