25 Avqust 2022 09:41
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında rus ordusu Kiyev vilayətinə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba öz Teleqram səhifəsində məlumat verib.

“Gecə düşmən Vışqorod vilayətinin bələdiyyələrindən birinə raket zərbəsi endirib. İki raket atılıb. Bu gün səhər saatlarına olan məlumata görə, dinc sakinlər arasında tələfat və xəsarət alan olmayıb. Yanğın olmayıb, yaşayış binalarına ziyan dəyməyib. Hücuma məruz qalan ərazinin təhqiqatı davam edir”, - o qeyd edib.

Kuleba bölgə sakinlərinin eşitdiyi digər partlayışların da Ukrayna zenit müdafiəsinin işi olduğunu vurğulayıb. O, həmçinin hər kəsi həyəcan siqnallarına məhəl qoymaağa çağırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər