25 Avqust 2022 11:42
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti maliyyə ilinin sonuna qədər (30 sentyabrda başa çatır) Ukraynaya təxminən 1.5 milyard dollar hərbi yardım göstərmək niyyətindədir ki, bu da Konqresin təsdiqlədiyi məbləğin qalan hissəsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “Politico” qəzeti məlumat yayıb.

ABŞ Konqresi Kiyevə 6.3 milyard dollar məbləğində silah və digər hərbi yardımların verilməsini təsdiqləyib. Qəzet Pentaqonun sənədlərini əldə edib və avqustun 1-dən bu vəsaitin yalnız 1.8 milyard dollarının istifadə olunduğunu müəyyənləşdirib. ABŞ Prezidenti Co Baydenin dünən Kiyevə 2.98 milyard dollarlıq hərbi yardım paketini elan etməsindən sonra ABŞ-ın ayırmaq üçün təxminən 1.5 milyard dolları qalıb.

Pentaqon maliyyə ilinin sonunda bir çox müqavilələr əsasında qalan yardımı təhvil verəcək.

6 milyard dollar təkcə hərbi deyil, həm də iqtisadi və humanitar yardımları əhatə edən 40 milyard dollarlıq daha böyük paketin bir hissəsidir.

Bundan əlavə, qanun layihəsinə Baltikyanı ölkələrə hərbi yardım haqda müddəa daxil edilib. Adı açıqlanmayan avropalı rəsmi qəzetə bildirib ki, ayın sonuna qədər Dövlət Departamentinin Baltikyanı ölkələrin təhlükəsizliyini gücləndirmək üçün 150 milyon dollarlıq xərc planını Konqresə təqdim edəcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu