26 Avqust 2022 11:20
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunanıstan tarixdən dərs almalıdır, məyusluqla nəticələnəcək yeni macəralardan qaçmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın döyüş təyyarələrinin Egey dənizində NATO missiyasını yerinə yetirən Türkiyə F-16-larına təcavüz etməsinə reaksiya verən müdafiə naziri Hulusi Akar deyib.

“Avqustun 24-də keçirilən NATO-nun “Nexus Ace” təlimlərinə bizim təyyarələrimiz cavabdeh idi. Ora gəlib (yunan təyyarələri) beş dəqiqə ərzində təcavüz etdilər. İnandırıcı deyil ki, təyyarələrimizin NATO missiyasını yerinə yetirdiyini bilməyiblər. NATO-da belə bir şey ola bilməz. Uçuş missiyaları aylar əvvəl açıqlanır, çoxlu qeydlər aparılır, yazılar yazılır. Buna baxmayaraq, avqustun 22-24-də NATO növbətçiliyində olan təyyarələrimizə radar kilidi ataraq, təcavüz etdilər. Biz heç kimə təcavüz etmirik, amma heç bir təcavüzü də cavabsız qoymuruq. Biz bunu NATO-da demişik, hər yerdə deyirik. Təcavüz varsa, həmişə cavab veririk, amma təcavüz etmirik”, - nazir bildirib.

Hulusi Akar Yunanıstanın Türkiyəyə qarşı heç bir tutarlı arqumentinin olmadığını söyləyib:

“Biz çox ciddiyik, zarafat etmirik. Deyirik ki, üç min adanız var, amma burnumuzun dibinə qədər gəlirsiniz. 10 kvadrat kilometrlik Meys adası üçün 40 min kvadrat kilometrlik dəniz yurisdiksiyası istəyirsiniz, adaları silahlandırırsınız və 6 mil quru suyu olmasına baxmayaraq, 10 mil hava sahəsinə iddia edirsiniz. Düz burnumuzun dibinə qədər gəlirsiniz və bizə “ekspansionist” deyirsiniz, insaf! Biz heç bir görüşdən qaçmırıq. Çünki biz haqlıyıq, güclüyük. Arqumentlərimiz var. Yunanların heç bir arqumenti yoxdur. Yunanlar nə deyəcək, 6-10 mil məsələsini necə izah edəcəklər?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər