“Artıq Belarus təyyarələri nüvə silahı daşımaq üçün hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bir dəfə Putinlə Sankt-Peterburqda demişdik Belarusun “Su” təyyarələrini də dəyişdirəcəyik ki, nüvə silahı daşıya bilsinlər. Necə düşünürsünüz, biz bunu boşuna demişdik? Hamısı hazırdır”, - Belarus prezidenti bildirib.
Lukaşenko iyunda rusiyalı həmkarı Vladimir Putinə Qərbin davranışlarına qarşı hərbi addım atmağı təklif edib və təyyarələrin nüvə başlıqları daşıya bilməsi üçün modernləşdirilməsinə ondan kömək istəyib.