Pentaqon silah istehsalçısı "Raytheon" ilə Ukrayna üçün NASAMS qısa və orta mənzilli zenit-raket komplekslərinin alınması üçün 182 milyon dollarlıq müqavilə bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə qurumu bildirib.
"Raytheon şirkəti]NASAMS sistemlərini almaq üçün 182 295 333 ABŞ dolları dəyərində sabit qiymətli müqavilə imzalayıb. [Komplekslərin istehsalı üzrə işlərin] təxmini tamamlanma tarixi - 23 avqust 2024-cü il", - deyə qeyd olunub.