Rusiya hərbi qüvvələri Ukraynanın Nikolayev şəhərinə avia-zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, yaşayış binalarına endirilən zərbələr nəticəsində 2 mülki şəxs həlak olub, 11 nəfər yaralanıb.
Şəhər rəhbərliyi sakinləri sığınacaqlarda qalmağa çağırıb.