İraqın nüfuzlu şiə imamı Müqtəda əs-Sədr tərəfdarlarının etirazları ilə baş verən zorakılıqlara son qoyulana qədər aclıq aksiyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın liderlərindən biri Həsən əl-Azəri feysbuk sosial şəbəkəsində bildirib.
"O, zorakılıq və silahdan istifadə dayandırılana qədər aclıq aksiyası keçirir", - Həsən əl-Azərinin bəyanatında deyilir. Əl-Əhari vurğulayıb ki, korrupsioner məmurlarla mübarizə zorakı hərəkətlər üçün bəhanə deyil.