Rusiya ordusu Krım ərazisindən Odessa vilayətinə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının rəhbərinin mətbuat katibi Sergey Bratçuk Telegram-da bildirib.
O, deyib ki, raketlərdən biri məhv edilib, digəri isə açıq əraziyə düşüb, itki yoxdur:
“Odessa bölgəsinə düşmənin raket hücumu baş verib. Müvəqqəti olaraq işğal olunmuş Krım ərazisindən zərbə endiriblər. Bir “Oniks” raketi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, ikincisi isə açıq əraziyə düşüb”.