1 Sentyabr 2022 15:55
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin avqustun 30-da vəfat edən SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovla vidalaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Kalinqrada yola düşməzdən əvvəl prezident Mixail Sergeyeviç Qorbaçovla vidalaşıb və tabutun önünə gül dəstələri qoyub”, - Peskov bildirib.

O qeyd edib ki, dövlət başçısının iş qrafiki onun sentyabrın 3-nə planlaşdırılan ümumi vidalaşma mərasimində iştirak etməyə imkan verməyib: “Ona görə də bunu bu gün etmək qərarına gəlib”.

Rusiya lideri qırmızı qızılgül dəstəsi ilə Mərkəzi Klinik Xəstəxanaya gəlib. Tabuta yaxınlaşaraq üzərinə güllər qoyub, bir müddət sükut içində dayanıb və Qorbaçovun portreti önündə baş əyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər