2 Sentyabr 2022 11:03
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Trampın öncüllük etdiyi bəzi Respublikaçılar Amerika demokratiyası üçün təhlükədir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Bayden ABŞ-ın demokratik dəyərlərinin Tramp tərəfdarları tərəfindən hücuma məruz qaldığını iddia edib.

Bayden aralıq seçkilərin təxminən 10 həftə sonra keçiriləcəyini söyləyib.

Amerikalıları noyabrın 8-də seçkilərə getməyə və Trampın siyasətini dəstəkləyən respublikaçı namizədləri rədd etməyə çağıran Bayden ABŞ prezidenti bu seçkiləri “xalqın ruhu uğrunda mübarizə” adlandırıb.

Bayden vurğulayıb ki, Tramp tərəfdarları yenidən hakimiyyəti geri almaqda qərarlıdırlar.

Respublikaçılar partiyasındakı Tramp tərəfdarlarını hədəfə alan və onları “MAGA Respublikaçıları” (Amerikanı yenidən möhtəşəm et” şüarının baş hərfləri – red.) adlandıran Bayden bütün respublikaçıların Trampın ideologiyasını dəstəkləmədiyini deyib.

“Donald Tramp və “MAGA Respublikaçıları” respublika dəyərlərimizi hədəfə alan ekstremizmi təmsil edirlər. Bu, ölkə üçün təhlükədir”, - Amerika lideri qeyd edib.

Bayden Amerika dəyərlərinin Trampın başçılıq etdiyi “ekstremistlər” tərəfindən hücuma məruz qaldığını və Amerikanın nüfuzunə xələl gətirdiklərini bildirib: “Onlar Konstitusiyaya hörmət etmir, qanunun aliliyinə inanmır, xalqın iradəsini tanımırlar. Azad seçkilərin nəticələrini qəbul etməkdən imtina edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər