2 Sentyabr 2022 20:38
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lazım gələrsə, Ermənistan baş naziri postuna namizədliyimi irəli sürə bilərəm”.

Teleqraf.com xəbər verir ki, bunu erməni iş adamı, milyarder Ruben Vardanyan deyib.

“Bəli, lazım olsa, hər şeyi edərəm”, - Vardanyan Xankəndidə jurnalistlərlə görüşündə bildirib.

İş adamı bu mövqeyini “vətənpərvərlik”lə əsaslandırıb. İddiasına görə, başqa bir səbəbi yoxdur.

Vardanyan Ermənistan Baş naziri Nikol Paşinyanı yalançılıqda da ittiham edib.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Ruben Vardanyan Xankəndidə yaşamaq qərarına gəldiyini açıqlayıb. O, bunun üçün Rusiya vətəndaşlığından da imtina etdiyini deyib.

Ruben Vardanyan işğal dövründə həmişə Azərbaycan ərazilərindəki separatçılarla əlaqədə olub. O, Livan, Suriya və digər ölkələrdən erməni ailələrinin qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsinin əsas təşkilatçılarından və maliyyə mənbələrindən biri olub. Bir neçə gündür Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndidə peyda olan Vardanyan bölgədə separatizmi qızışdıracaq mesajlar verməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər