3 Sentyabr 2022 23:58
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 1 265 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, ölkədə son 24 saatda daha 57 nəfər təbii fəlakətin qurbanı olub.

Bununla da iyunun 14-dən Pakistanda davam edən musson yağışlarında ölənlərin sayı 1 265 nəfərə yüksəlib. Sel və daşqınlardan ümumilikdə 33,4 milyon insan zərər çəkib.

Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında qaldığı bildirilir.

Qeyd edək ki, Pakistanın mülki və hərbi rəhbərliyi təbii fəlakətin nəticələrini yumşaltmaq məqsədilə bütün mövcud resursları və imkanları səfərbər edib. Avqustun əvvəlində hökumət yaranmış ağır vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib və təcili humanitar yardım üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər