5 Sentyabr 2022 10:46
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi ölkələrdə bu heyvanların mövcudluğu təhlükə altında qalmasına baxmayaraq, son illərdə dünyada pələnglərin sayı xeyli artıb".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Vladivostokda keçirilən İkinci Beynəlxalq Pələnglərin Mühafizəsi Forumunun iştirakçılarına videomüraciətində deyib.

Rusiya lideri 12 il əvvəl Sankt-Peterburqda pələnglərlə bağlı ilk dəfə keçirlən sammiti də xatırladıb:

“O zaman qarşıya qoyulan birgə məqsədlərin çoxuna nail olunduğuna görə şadam. 2010-cu ildən bəri dünyada bu müstəsna gözəl yırtıcıların ümumi sayı 40 faiz artıb. Eyni zamanda, bütün səylərə baxmayaraq, sammitdən sonra bir sıra ölkələrdə pələnglər yoxa çıxıb, bəzi ölkələrdə isə onun həyatı hələ də təhlükə altındadır”.

Bu baxımdan, Putin beynəlxalq əməkdaşlığın gücləndirilməsinin və bu sahədə təcrübə mübadiləsinin aparılmasının tərəfdarı olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər