Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı əməliyyatı "düşmənin hərəkətlərinə güzgü cavabı” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bunu Şərq İqtisadi Forumunun (EEF) plenar sessiyasında çıxışı zamanı deyib.
Putinin sözlərinə görə, Ukrayna müharibəsi nəticəsində Rusiya heç nə itirməyib və dünyanın qütbləşməsi ona ancaq xeyir verib: “Hesab edirəm ki, biz heç nə itirməmişik və itirməyəcəyik. Əsas suverenliyimizin möhkəmlənməsidir və bu, hazırda baş verənlərin qaçılmaz nəticəsidir”.
Onun sözlərinə görə, hərbi əməliyyatlar nöqteyi-nəzərindən Rusiya Federasiyası heç nəyə başlamayıb, ancaq başa çatdırmağa çalışır.
2014-cü ildən Donbasda gedən müharibəni şərh edən Kreml rəhbəri bildirib ki, bu ərazilərin sakinlərinə kömək etmək Rusiya Federasiyasının borcudur.