8 Sentyabr 2022 13:26
5 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa müdafiə nazirinin müavini general Marçin Oçepa yaxın 10 ildə Rusiya ilə müharibə riskinin çox yüksək olduğunu və buna hazırlıq üçün orduda islahatlara başladıqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, qarşıdakı dövrdə Polşa ordusunun silahlandırılmasına diqqət yetiriləcəyini söyləyib.

“Qarşıdakı 3-10 il müddətində Rusiya ilə ciddi müharibə riski var. Polşa ordusunu maksimum səviyyədə yenidən silahlandırmaq üçün bu müddətdən yaxşı istifadə etməliyik”, - Polşa rəsmisi bildirib.

Polşa Müdafiə Nazirliyinin tarixinin ən iddialı silahlanma proqramını həyata keçirdiyini deyən Oçepa tanklar, özüyeriyən haubitsalar, çoxfunksiyalı reaktiv yaylım atəşi sistemləri və dron almaq istədiklərini vurğulayıb.

Oçepa qarşıdakı 10 il ərzində Polşa ordusundakı canlı qüvvə sayının 300 minə çatdırılacağını da bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər