12 Sentyabr 2022 16:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya maliyyə və texnoloji təcavüzlə üz-üzədir, amma ölkəmizə qarşı iqtisadi blitzkriq nəticə vermədi”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya xarici təzyiqlərlə, əslində, bəzi ölkələrin maliyyə və texnoloji təcavüzü ilə inamla mübarizə aparır. İqtisadi blitzkriq (ildırımsürətli iqtisadi müharibə) taktikası, onların ümid etdikləri hücum nəticə vermədi, bu, artıq hamıya, həm də onlara da məlumdur”, - Rusiya lideri bildirib.

Putin əlavə edib ki, bu dövrdə Rusiyada effektli müdafiə tədbirləri operativ şəkildə həyata keçirilib, əsas sənayelərə, biznesə və müəssisələrə dəstək mexanizmləri işə salınıb.

“Bu tədbirlər kompleksinin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın kəskin azalmasının qarşısını aldıq. İnflyasiyanın sürətlə sabitləşməsinə nail olduq”, - prezident vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər